KİV: “Paşinyan Brüsseldəki görüşün təfərrüatını tərəfdaşları ilə bölüşmür”

0
111

Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldəki görüşdən sonra “susması” və yayınma davranışı ölkənin hakim partiyasını narahat edib. “Tarixi” görüşdən bir həftə keçsə də, Paşinyan Ermənistandan kənarda keçirilən görüşlərdən sonra adəti üzrə onlarla görüşməyib, görüşün ictimai olmayan tərəflərini təqdim etməyib, qiymət verməyib.

Bu barədə Ermənistanın “Hraparak” nəşri yazır.

“Üstəlik, bu yaxınlarda o, səhərdən axşama kimi parlamentdə olub, beşillik plan çərçivəsində hökumətin ötənilki fəaliyyətinin müzakirəsində iştirak edib.

Hakim komandanın üzvləri səbirsizliklə baş nazirin öz tərəfdaşlarını məlumatlandırmasını gözləyirdilər, çünki çərşənbə günü günortadan sonra artıq parlament müxalifətinin hökumətin parlamentdəki iclasında iştirak etməyəcəyi məlum idi və Paşinyan komandasına iclası tez yekunlaşdırmağı tapşıra və bağlı iclas keçirə bilərdi. Lakin o, bunu etməyib, hakim komandanın şübhələrini dərinləşdirib”, – nəşr yazır.