Karantin, yoxsa fövqəladə vəziyyət?

0
761

 

Bütün dünyada belədir, elə bizdə də: QHT-lər ictimaiyyətin əsas dayaq nöqtəsidir! Üçüncü sektorsuz cəmiyyət və sosial həyat batallığa bənzəyər! İndiyə qədər Operativ Qərargah QHT-lərin iki üzvünə rəsmi icazə verirdisə, indi məlum dövlət portalında bu imkan yoxdur! Fəqət, brend otellərdə varlılar, onların gül balaları istədikləri kimi istirahət edirlər.

Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Azərbaycan Gənclər Fondu bir çox nüfuzlu və ölkəmizin həyatında əhəmiyyətli layihələri, fəaliyyətləri ilə tanınan QHT-lərə qrant – maliyyə vəsaiti ayırıb!

Fəqət özlərinin Qərbdən, Rusiya,Türkiyə,İrandan çırpışdırdıqları xaotik qərarları ilə Covit-19-la karantin batallığına bizləri salmış Operativ Qərargah – Təbib – ASAN üçlüyünün qeyri-ciddiliyi Azərbaycan cəmiyyətini çaş-baş salıb!

Ölü Səhiyyə Nazirliyində isə baş infeksionist KİV-ə etiraf edir ki,heç nədən xəbəri yoxdur!

TƏBİB-in xəstəxanalar və testlərlə bağlı maxinasiyaları ilə qoy DTX məşğul olsun!

ASAN-ın çətinləşdirdiyi situasiyalara nəzər salaq: gündə 10 dəfə qərar dəyişən və min manatla məvacıb-mükafat alan bu beşıncitəkərəbənzər qurumların və səhiyyə sistemimizin məmurlarını da çıxardaq TV-yə, xalqın arasından çıxmış, bütün həyatını dövlətçiliyə pulsuz xidmət edən ictimai liderlərini də – görək cəmiyyət kimə inanar?

ASAN və İqtisadiyyat Nazirliyi məntiqəsığmayan qərarı ilə bütün ictimai sektor – vətəndaş cəmiyyətinin fəaliyyətinə son qoyub!

Əgər sosial şəbəkə və Zoom proqramı olmasaydı, bankdakı pullarına, su qıtlığına görə üsyan qaldıran sıravi vətəndaşlara ictimai sektor da qoşulsaydı, onda görərdim ölkədə nələr baş verərdi!

Mən hələ ölkə xaricindəki Qara qüvvələri və daxildə aktivləşən, sabiq məmur və oliqarxların yaratdıqları qırmızı güclərin təsirinə düşənlərin olacağını xatırlatmaq istəmirəm!

Dövlətçiliyə zərbə vuranlar kimlərdir, ay ASAN, TƏBİB, İQTİSADİYYAT NAZİRLİYİ VƏ OPERATİV QƏRARGAH rəsmiləri?! Sizin sıralarınızdakı boz satqınların sığındığı qüvvələr hansılardır?

Zənnimizcə, təcili olaraq adını sadaladığım qurumlar sağlam və dövlətçi mövqeyində duran QHT-lərin rəhbərlərinin və ictimai fəalların əl-qolunu açmalıdırlar, yoxsa araşdırmamızı davam etdirib daha dərin dövləti təhlükələri ortaya qoymalı olacağıq!

QHT fəalları ikisaatlıq sms-icazə ilə, Prezident və dövlətin ayırdığı maliyyə vəsaiti ilə hansı layihəni həyata keçirə bilərlər?!

DİN-də bu maşın nömrələri, elektron cərimə və maskalarla bağlı ziqzaqvari göstərişlərə aydınlıq gətirilməlidir. ASAN deyir ki,SMS ilə icazə

istəyəndə nəqliyyat vasitələrinin dövlət fərqləndirmə nişanlarını qeyd etməyə lüzum yoxdur, polis sözçüləri bəyan edir ki, lazımdır!

Kaş, hər bir dövlət məmuru xəstəxanalar və pandemiya məntəqələri tikdirən, hər zaman xəstələrin yanında olaraq, karantin çağının xilaskarı kimi nüfuz qazanan Pezident İlham Əliyev və birinci Vitse-Prezident Mehriban xanım Əliyeva kimi Azərbaycanımıza sadiq olaydılar, xalqın qədrinə qalaydılar!

Aydın Xan Əbilov,

İNK-nın baş katibi, yazıçı-kulturoloq