Karantin günlərində NASA-nın 4 fəaliyyəti

0
361

Vaxtınızın çoxunu evdə xərclədiyiniz bu günlərdə, kitab oxumaq, film izləmək, musiqi dinləmək kimi fəaliyyətlərlə yanaşı, NASA-nın fəaliyyətlərdən də faydalana bilərsiniz.

ABŞ Milli Aviasiya və Kosmos Agentliyi (NASA), koronavirus epidemiyasına görə günlərin böyük bir hissəsinin, hətta hamısının evdə keçirildiyi bir dövrdə müxtəlif alternativlər hazırladı.

1. Açıq hava kəşfi – NASA Skywatching:

Bir az təmiz havaya ehtiyacınız var? Gecələr səmada görüləcək hadisələri izləyə bilərsiniz. 17, 18 və 19 martda aypara mərhələsindəki Ay; Mars, Saturn və Yupiter ilə bir araya gələcək.

2. İç məkan fəaliyyətləri:

Beləliklə Ay mərhələləri barmaqlarınızın ucunda olacaq. Bu iş, NASA tərəfindən ilham vermək və öyrətmək üçün yaradılan pulsuz bir fəaliyyətdir.

3. İzlənilməsi lazım olanlar:

NASA-nın bu yay hazırlayacağı yeni Perseverance adlı səyyah, 2021-ci ildə Marsa enəcək. Eniş nöqtəsinin necə seçilməsi ilə əlaqədar NASA JPL tərəfindən hazırlanan 1 dəqiqəlik videonu izləyə bilərsiniz.

4. Günəş sistemindən kənarında aləmlər:

İndiyə qədər 4.000-dən çox planet kəşf edilib. Bunların bəzilərini ziyarət edə bilər və NASA-nın Exoplanet səyahət bürosunun etdiyi elmə söykənərək bu planetlərdə şəraitlərin necə olduğunu öyrənə bilərsiniz.