İzmir zəlzələsində həyatını itirənlərin sayı 51-ə çatdı

0
419

İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 51 olub. 
“Haber Global” məlumat verir ki, yaralanan 896 nəfərdən 682-si evə buraxılıb.
Hadisə yerində olan Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay zəlzələ ilə bağlı son məlumatları verib. 
Onun sözlərinə görə, zəlzələnin vurduğu ziyan on günə qiymətləndirilməlidir.
Oktay qeyd edib ki, çox ziyan görmüş 26 bina təcili olaraq söküləcək.
O, 21 min nəfər üçün 3 880 çadır qurulacağını deyib və vətəndaşlara zədələnmiş binalara girməmələri barədə xəbərdarlıq edib.