İsveç Ukraynaya ən böyük yardım paketini ayırdı

0
12

Stokholm 2022-ci ildən bəri Ukraynaya 1,2 milyard dollar dəyərində ən böyük hərbi yardım paketi təqdim edəcək.

Bunu İsveçin müdafiə naziri Pol Conson deyib.

“Bu, İsveçdən Ukraynaya 18-ci yardım paketidir. Bu, həm də İsveçin 2022-ci ilin fevralından bəri Ukraynaya verdiyi ən böyük paketdir”, – o qeyd edib.

Onun sözlərinə görə, yardım paketi 13,5 milyard İsveç kronunu (1,2 milyard dollar) təşkil edəcək.