Böyük Britaniyanın Baş naziri vəzifəsindən getməyi planlaşdıran Kir Starmer NATO-nun baş katibi postuna namizədliyini irəli sürmək imkanlarını nəzərdən keçirir.
Bu barədə “The Observer” həftəlik qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, britaniyalı siyasətçi NATO-nun hazırkı baş katibi, Niderlandın sabiq baş naziri Mark Ruttenin vəzifə müddətindən sonra növbəti seçkilərin keçiriləcəyi 2028-ci ildə öz namizədliyini irəli sürmək niyyətindədir.
Qeyd olunub ki, Starmerin bu planları Böyük Britaniya rəhbərliyinin “uzunmüddətli və ardıcıl” dəstəyini tələb edəcək.
Daha əvvəl Kir Starmer vəzifəsindən getmək barədə qərar qəbul etdiyini açıqlayıb. O, bu qərarı barədə iyunun 22-si səhər saatlarında kral III Çarlza məlumat verdiyini açıqlayıb.




