İstanbul zəlzələsindən sonra 4295 bina zədələnib.
Bu barədə Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum məlumat verib.
“Biz 36 425 binanı yoxladıq, onlardan 4 295-i cüzi ziyan görüb”, – nazir deyib.
İstanbulda zəlzələlər aprelin 23-də baş verib. Ən güclüsü 6,2 bal olub. Yeraltı təkanlar hətta episentrdən 300 kilometr aralıda, Ankarada hiss olunub . Təcili yardım xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.