İsrailin Hayfa şəhərində yerləşən “Pluristem” şirkəti hüceyrə terapiyası sayəsində koronavirus səbəbindən kritik vəziyyətdə olan altı xəstəni müalicə etdiyini bildirib.
Xəstələr İsrailin üç fərqli tibb mərkəzində müalicə alıb.
Onlar nəfəs çatışmazlığından və koronavirusun yaratdığı digər çətinliklərdən əziyyət çəkirmiş.
Bundan əlavə, dörd xəstədə digər problemlər, o cümlədən ürək-damar və böyrək çatışmazlığı təsbit edilmişdi.
Məlumata əsasən, qeyd edilən üsulla müalicədən sonra dörd nəfərin tənəffüs parametrlərində müsbət dəyişikliklər qeydə alınıb. İkisində isə bundan əlavə kliniki sağalma müşahidə edilib.
“Pluristem”in PXL hüceyrələri immuniteti modullaşdıran xüsusiyyətlərə malikdir. Mütəxəssislər qeyd edir ki, bu isə pnevmoniya və pnevmonitdən ölüm hallarının azalmasına gətirib çıxardacaq.