İsrail BMT ilə əməkdaşlığı kəsdi – Rəsmi açıqlama

0
30

İsrail BMT Baş Assambleyasının prezidenti Filemon Yanqa məlumat verib ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) ilə əməkdaşlığı dayandırır.

Bunu ölkənin Ümumdünya Təşkilatındakı daimi nümayəndəsi Denni Danon deyib.

“Qəzzada UNRWA HƏMAS-ın nəzarətindədir. İsrail humanitar təşkilatlarla əməkdaşlığı davam etdirəcək, lakin İsrailə qarşı terroru təşviq edən təşkilatlarla deyil”, – Danon bildirib.

Qeyd edək ki, bundan əvvəl İsrail Knesseti (parlamenti) UNRWA-nın İsraildə, eləcə də nəzarət etdiyi ərazilərdə fəaliyyətini qadağan edən qanun layihələrini təsdiqləyib.

Bundan əvvəl isə İsrail Fələstinin HƏMAS hərəkatının 2023-cü il oktyabrın 7-də bu ölkəyə hücumunda UNRWA-nın bəzi əməkdaşlarının iştirak etdiyini açıqlamışdı.