İsrail əvvəlcə bu ölkəni tutacaq, sonra da İrana hücum edəcək: Tehran qorxu içində

0
12

Suriyadakı əməliyyatlardan sonra İsrail yaxın aylarda İraq və İrana hücum etməyi planlaşdırır.

Bunu İranın keçmiş vitse-prezidenti və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) veteranı Möhsün Rezai deyib.

İranın yüksək səviyyəli siyasətçiləri İsrailin hərbi hücumunun indi İran sərhədlərinə yaxınlaşa biləcəyindən ehtiyat edirlər.

“Bu, Qəzza zolağından başladı, sonra Livanı işğal etdilər və son iki həftədə Suriyanı işğal etdilər. Yaxın aylarda onlar İraqa hücum etmək niyyətindədirlər və İrana hücumları davam etdirmək arzusundadırlar”, – deyə Rezai bildirib.