İspaniyada “Rusiya mafiyası”na qarşı əməliyyat keçirilib.
Bildirilir ki, polis “çirkli pulların yuyulması”na görə, 20-dən çox şəxsi nəzarətə götürüb. Şübhəlilər arasında səkkiz Rusiya vətəndaşı var.
Yerli Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, istintaq 2013-cü ildən – Rusiya kriminal aləminin nümayəndələri İspaniya bazarına kütləvi şəkildə sərmayə qoymağa başladığı vaxtdan bəri davam edir.
Onlar gecə klublarına, restoranlara və sahildə daşınmaz əmlaka yatırım edirdilər.
Xüsusi xidmət orqanları bu sərvətin haradan gəldiyini öyrənməyə başladıqda bunların hamısının narkotik, silah ticarəti və insan alverindən əldə edildiyi ortaya çıxıb.