Bu gün dünyanın bir çox ölkələrində “Halloween” bayramı kimi qeyd olunur.
Bayram bir çox mədəniyyətlərdə qəbul olunsa da, bəzi inanc sistemlərində “Halloween”ə qarşı münasibət heç də birmənalı deyil.
Bəs, “Halloween” hansı səbəbdən bayram kimi qeyd olunur?
“Halloween” qədim Anglo-Sakson dünyasında və Qərb ölkələrində “All Hallow’s Eve”, yəni “Əzizlər Günü ərəfəsi” deməkdir.
“Halloween”nin tarixi
Qədim ketlərin dövründən qeyd edilən bayramın özünəməxsus mənası vardır. Bir çox mədəniyyətlər kimi keltlər də yayı həyat və işıqla, qışı isə ölüm və qaranlıqla əlaqələndirirlər. “Halloween” də məhz işığın qaranlığa, həyatın isə ölümə çevrildiyi kəsişmə nöqtəsidir. İnanca görə, bu zidd anlayışlar bir-birinə yaxınlaşdıqda ölülər dünyası ilə dirilər arasında sərhədlər zəifləyir.
Məhz belə sərhədlərin yarıldığına və ruhlarla, mistik varlıqların yer üzünə endiyinə inanan insanlar onları qarşılamaq üçün “Halloween”ni qeyd edirlər.
Canlılar dünyasının yerli sakinlərinin skeletlər, zombilər və ruhlar kimi geyinmələrinin əsas səbəbi də ölülərin qəzəbinə tuş gəlməməkdir.
“Halloween”və din
Bu bayram əsasən bütpərəstlik və şamanların məhsul bayramı kimi qeyd olunub. Daha sonra xristianlığın təsiri genişləndikdə kilsə “Halloween”ni bayram olaraq qəbul edib və mənimsəyib.
Lakin İslam dinində bu bayramı qeyd etmək məqbul sayılmır. İslami mənbələr “Halloween”ni qeyd etməyi dini cəhətdən düzgün saymır. Çünki buradakı ruh və insan anlayışı müsəlmanlara bir qədər ziddir.
Niyə məhz balqabaq?
“Halloween”nin rəmzi olan balqabaq əvvəllər daha qorxulu göründüyü üçün pis ruhları qovmağa görə istifadə edilirdi.
Bayquşların mənası?
Bayquşların adətən bədbəxtlik gətirdiyinə inanılır. “Halloween”də də ruhları qorxutmaq üçün məhz bayquşlardan istifadə olunur.
Hətta bəzi ölkələrdə gənc qızlar “Halloween”də öz yarlarını tapmaq üçün bu yola əl atır
Hesab olunur ki, “Halloween” bayramında gənc qızlar güzgüdə və ya odun yanında gələcək həyat yoldaşlarını görəcəklər.
Ona görə də oktyabrın 31-nə keçən gecə “Halloween”ni qeyd edən bir çox gənc qız güzgü və odun qarşısında gözləyir.