İŞİD üzvləri İraqda məhkumlar üzərində bioloji silah sınaqdan keçiriblər.
“Al-Arabiya”nın məlumatına görə, bu barədə İŞİD Terror təşkilatının törətdiyi cinayətləri araşdıran BMT-nin istintaq qrupunun (UNİTAD) hesabatında deyilir.
Hesabatda həmçinin İŞİD silahlılarının yezidilərə (əsasən Şimali İraqda yaşayan kürd etnik-dini qrup) qarşı cinayətlərinin müharibə cinayətləri və soyqırımına bərabər olduğu qeyd edilib.
UNİTAD sənədində terror təşkilatının 2014-2016-cı illərdə dinc əhaliyə qarşı da kimyəvi silahdan istifadə etdiyi bildirilib.