İranda baş verən güclü zəlzələ zamanı bir neçə nəfər xəsarət alıb.
İranın Fövqəladə Hallar Təşkilatının sözçüsü Müctəba Xalidi rəsmi mətbu orqana açıqlamasında bildirib ki, Qərbi Azərbaycan əyalətində təbii hadisə zamanı 25 nəfər xəsarət alıb.
Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari isə yaralılardan birinin vəziyyətinin ağır olduğunu qeyd edib. İran mətbuatının məlumatına görə, zəlzələ 43 kənddə evlərə ciddi zərər vurub.
Qeyd edək ki, İranda zəlzələ 5,7 (bəzi məlumatlara görə 5,9) maqnitudada qeydə alınıb.