İrandan Türkiyənin yardımına kölgə salan bayraq qalmaqalı – FOTO

0
84

İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra Türkiyənin həmrəylik və yardım səyləri İranın rəsmi mövqeyinin kölgəsində qalıb.

İran Rəyasət Heyətinin internet saytında yer alan başsağlığı mesajlarında Türkiyə bayrağının dərc olunmaması diqqətdən yayınmayıb.

Daha da təəccüblü olanı, saytın ingilis versiyasında eyni xəbərin vizualında Türkiyə vurğulanarkən, türk bayrağının yerinə 18-ci əsr Osmanlı bayrağından istifadə edilməsi olub. Bu vəziyyət Türkiyənin yardım və həmrəyliyinə kölgə salan bir münasibət kimi qiymətləndirilib.

Bununla yanaşı, İran dövlət televiziyası da Türkiyənin Akıncı PUA-sı ilə deyil, Rəisini daşıyan helikopterin qalıqlarını öz PUA-ları ilə tapdıqlarını iddia edərək, Türkiyənin yardımını aşağılamağa çalışıb.

Qeyd edək ki, Prezident Rəisi Azərbaycanda bənd açıldıqdan sonra ölkəsinə qayıdarkən Təbrizin şimal-şərqində helikopter qəzası nəticəsində həlak olub. Qəzadan sonra Rəisi və onu müşayiət edən heyət tapılamayınca, Akıncı İHA axtarış-xilasetmə işlərinə qatılıb. Rəisin ölümündən sonra Türkiyədə bir günlük matəm elan edilib.