İranlı analitik ölkəsinin İraqda Türkiyəyə qarşı terror təşkilatı PKK/YPG ilə əməkdaşlıq etdiyini və eyni şeyin Suriyada da olması lazım olduğunu bəyan edib.
İştirak etdiyi televiziya kanallarından birində açıqlama verən Mehdi Xanəlizadənin işlətdiyi ifadələr etirafa bənzədilib.
Keçmişdə İraqda Türkiyəyə qarşı ABŞ ilə ittifaq etdiklərini deyən analitik Suriyada da eyni şeyi edə biləcəklərini bildirib.
“İran və ABŞ Suriyada Türkiyəyə qarşı PKK/YPG-yə dəstək verməlidir. Əvvəllər İraqda Türkiyəyə qarşı ABŞ ilə əməkdaşlıq etmişik. Türkiyə YPG-ni təhdid kimi qəbul edir. İran və ABŞ bu məsələdə ortaq siyasət yürüdə bilər”.
Qeyd edək ki, ötən həftə sonu Dəməşqə səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyada yeni hökümətin lideri Əhməd əl-Şara ilə keçirdiyi birgə mətbuat konfransında Suriyadakı terror təşkilatlarına icazə verilməyəcəyini bir daha vurğulayıb.