İrandan İsrailə İSMARIŞ: Cavabımız ağrılı olacaq

0
41

Tehran İran hədəflərinə hücumlara görə Təl-Əvivə “ağrılı” cavab vermək niyyətindədir və ABŞ-ın THAAD raketdən müdafiə batareyaları İsrailə kömək etməyəcək.

Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Səlami deyib.

“Siz çox yaxşı bilirsiniz ki, biz bir şey deyəndə onu edirik. Əgər İsrail həm İran ərazisində, həm də Yaxın Şərqdəki hədəflərimizdən hər hansı birini vurarsa, cavabımız ağrılı olacaq”, – deyə Səlami bildirib.

O, həmçinin vurğulayıb ki, Vaşinqton tərəfindən təmin edilən THAAD raketdən müdafiə batareyaları İranın hücumunu dayandırmaqda Təl-Əvivə kömək etməyəcək.