İran qiyməti qaldırdı: Ermənilər yolu kəsdi

0
26

Ermənistanın İranla sərhədində yerləşən Aqarak keçid məntəqəsindən keçən avtomobillərin hərəkəti erməni yük maşınları tərəfindən kəsilib.

“Sputnik Ermənistan”ın məlumatına görə, yük maşınlarının sürücüləri İslam Respublikası hakimiyyətinin Ermənistana qayıdarkən almalı olduqları dizel yanacağının qiymətini kəskin artırmaq qərarına qəzəbləniblər.

Mövcud qaydalara görə, Ermənistanın ağır yük maşınları İrana boş çənlərlə daxil olur və dolu geri dönməlidir. Narazılıq həm də onunla bağlıdır ki, sərhəd nəzarəti vəsiqələri erməni dilinə tərcümə olunmadan yalnız fars dilində verilir.

Ermənistanın Dövlət Gəlirləri Komitəsi (vergi və gömrük sferasını birləşdirən) hələlik vəziyyəti şərh etməyib.