İran Pompeonu qəbul etmək istəmədi

0
491

İran ABŞ dövlət katibi Mayk Pompeonu qəbul etmək istəməyib.

Bu barədə Pompeo “Twitter” səhifəsində açıqlama yayıb.

O, Tehrana gəlib danışıqlar aparmaq və İran xalqına müraciyət etmək niyyətində olduğunu bildirib:

“Bu yaxınlarda mən Tehrana gəlməyi və İran xalqı ilə birbaşa danışmağı təklif etdim. Rejim mənim təklifimi qəbul etmədi”.

Daha əvvəl ABŞ İranın xarici işlər naziri Məhəmməd Zərifə qarşı sanksiyalar tətbiq etmək istəyib. Lakin Pompeo bunun əleyhinə çıxıb.