İran nüvə sazişi bağlamağa hazırdır – Əraqçi

0
51

İran nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlmiş sazişi bağlamağa hazırdır.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almağı nəzərdə tutan istənilən razılaşmaya hazırıq. Lakin sazişin məqsədi İranı qanuni hüquqlarından – dinc məqsədli nüvə enerjisini inkişaf etdirməkdən – məhrum etməkdirsə, o zaman biz bununla razı deyilik”, – deyə İran XİN rəhbəri qeyd edib.