İran Ermənistanın ərazi bütövlüyünü qeyri-şərtsiz dəstəklədiyini bir daha təsdiqləyir – MARAQLI DETALLAR

0
18

“İranın Azərbaycandakı səfiri Mehdi Sobhani son açıqlamalarında İranın Zəngəzur dəhlizi və Ermənistan ilə ABŞ arasında imzalanan strateji sənəd barədə mövqeyini bildirib. O, Azərbaycan və Rusiya dairələrinin İranın bu məsələlərə dair narahatlıq nümayiş etdirdiyini və vəziyyəti gərginləşdirməyə çalışdığını ifadə edib. Sobhani sənəddə İranın narahatlığını ortaya qoyacaq bir elementin olmadığını Ermənistanın da bu sənədin İran-Ermənistan münasibətlərinə zərər verməyəcəyini bildirdiyini vurğulayıb”.

Bunu politoloq Zaur Məmmədov deyib. 

O bildirib ki, səfir EUMA missiyasının uzadılması ilə bağlı da açıqlama verərək, Ermənistanın xarici siyasətinin şaxələndirilməsinə hörmətlə yanaşdıqlarını qeyd edib və bunun hərbi bir missiya olmadığını bildirib.

“Azərbaycanın hərbi yola əl atması ilə bağlı suala cavab verən Sobhani, belə bir addımın heç bir izahı ola bilməyəcəyini və Ermənistanın özünü müdafiə etmə gücünün olduğunu əlavə edib. O, həmçinin, “Zəngəzur dəhlizi” məsələsini heç bir ölkə ilə müzakirə etməyəcəklərini və bu məsələnin yalnız Azərbaycan və Ermənistan arasında müzakirə edilməli olduğunu vurğulayıb. İran tərəfi, sərhədlərin dəyişdirilməsi və regionda geosiyasi dəyişikliklərin əleyhinə olduğunu da bildirdi.

Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və İran arasındakı mövqelər arasında gərginlik davam edir. Ermənistanın baş naziri Nikol Paşinyan ötən günlərdə Zəngəzur məsələsində dəyişiklik etməyə başladığını bildirərək Azərbaycan tərəfi də dəhlizin açılacağına dair ümidini ifadə edib. Bununla yanaşı İranın bu məsələdə daha çox narahat olduğu və regiondakı geosiyasi vəziyyəti dəyişdirə biləcək hər hansı bir təklifi qəbul etməyəcəyi açıqlamaları diqqət çəkir.

İran Zəngəzur dəhlizinin açılmasının bölgənin tarixi və strateji balansını dəyişdirə biləcəyindən narahat olduğunu bildirir, lakin Azərbaycan bu dəhlizin sülh yolu ilə açılmasını və kommunikasiyanın asanlaşdırılmasını istəyir. Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı irəliləməsi və regionda sabitliyi təmin etməsi məsələsi yaxın gələcəkdə daha çox diqqət çəkəcək”.

Qeyd edək ki, yekun olaraq, Azərbaycanın İranın bəzi narahatlıqlarına baxmayaraq Zəngəzur dəhlizinin açılması məsələsində qərarını verdiyi və bu dialoqla Cənubi Qafqazın taleyini həll edəcəyi bildirilir.