İran bu ölkədən İsraili vurmağa hazırlaşır – TARİX AÇIQLANDI

0
33

İran yəhudi dövlətinin son hücumuna cavab olaraq İraq ərazisindən İsrailə böyük hücum etməyə hazırlaşır.

Bu barədə “Axios” portalı İsrail kəşfiyyatındakı mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Tehran noyabrın 5-də ABŞ-da keçiriləcək ümumi seçkilər öncəsi çoxsaylı pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə etməklə əməliyyat keçirə bilər. Portal, zərbə üçün İraq ərazisinin seçilməsinin İranın İsrailin strateji hədəflərinə yeni hücumundan qaçmaq cəhdi olduğunu irəli sürür.

“Axios”un ABŞ administrasiyasındakı həmsöhbətlərindən biri qeyd edib ki, İran hakimiyyətinin yaxın vaxtlarda zərbənin endirilməsi ilə bağlı yekun qərarlarının olub-olmaması barədə məlumatı yoxdur.

Oktyabrın 26-da İsrail Müdafiə Qüvvələri “çoxsaylı davamlı hücumlara” cavab olaraq İran daxilindəki hərbi obyektlərə zərbələr endirib.