“Baqrat Qalstyanın rəhbərlik etdiyi “Vətən üçün Tavuş” hərəkatı getdikcə güclənir və belə görünür ki, ciddi uğur qazanmaq mümkündür, xüsusilə əvvəlki təşəbbüslərdən fərqli olaraq, bu hərəkat qartopu effektinə malikdir. Fikrimcə, Paşinyanın istefasına nail ola bilərlər”.
Bu barədə erməni politoloq Davit Karapetyan deyib.
D.Karapetyan küçədə və parlamentdə hadisələrin mümkün inkişafını proqnozlaşdırıb.
“Baş nazirin impiçmenti ideyası irəli sürülüb. Bu prosesin təşkili üç fraksiya ilə müzakirə olunacaq. Lakin prosesə başlamaq və nəticə əldə etmək üçün parlamentdə iki fraksiyanın 20 əlavə səsə ehtiyacı var. Hakim partiyadan 20 səs müxalifətə keçə bilərmi? Düşünürəm ki, bu baş verməyəcək. Üstəlik, iki fraksiya deputatlarının hamısının mandatından imtina edib-etməyəcəyi də sual altındadır. Mənə görə yeganə variant xalq üsyanıdır. Yeni lider axtarışı və onun yoxluğu da ciddi problemdir. Keşiş Baqrat planlarını açıqlamır, bəlkə də ehtiyatlanır, yaxud uzaqgörənlik nümayiş etdirir.
Bəlkə də bir şey deyib, başqa şey edəcək. Amma nəsə deməsə, planlarını açıqlamasa, onun tərəfdarları faktla üzləşəcək və məyusluq yaranacaq. Bu da hərəkatın puç olması deməkdir. Bu, həm də Paşinyana hədiyyə olacaq. O yenə qalib gələcək, siyasi hakimiyyətinin ömrünü uzadacaq. Digər tərəfdən, hərəkata hakimiyyət üçün “ayı xidməti” göstərənlərin qoşulması da ona ziyan vura bilər ”, – erməni politoloq bildirib.
Karapetyan hesab edir ki, Paşinyanla bağlı beynəlxalq konsensus var və bu, ciddi təminatdır: “Onun bu vəziyyətə sakit yanaşmasının səbəblərindən biri də budur. Paşinyanın qarşısında iki variant var: ya hadisələri gərginləşdirib “1 mart” (sərt müdaxilə-red) ssenarisini təkrarlayacaq, ya da hərəkatı vaxztı çatanda yıxmaq gedişini edəcək”.