İqtisadi nikbinlik aşağı düşüb – İnsanlar inanmır ki…

0
127

İnkişaf etmiş ölkələrin sakinləri daha yaxşı həyat perspektivlərinə inanmaqdan imtina ediblər.

Edelman rabitə bürosunun araşdırmasına görə, 28 inkişaf etmiş ölkədə insanlar arasında sorğu keçirilib.

Insanların yalnız 40 faizi ailələrinin yaxın beş ildə daha yaxşı yaşayacağına inanır. İqtisadi nikbinliyin orta göstəricisi il ərzində 10 faiz aşağı düşüb.

Bu, hətta koronavirus pandemiyası zamanı belə deyildi. 2019-cu ildə respondentlərin 53 faizi, 2022-ci ildə isə 50 faizi daha yaxşı həyat perspektivlərinə inanıb. 28 inkişaf etmiş ölkədən 24-də ailələrinin həyatının yaxşılaşdırılmasına inanmaqdan imtina edənlərin sayı Edelmanın hesablamalarının bütün dövrü ərzində ən yüksək həddə çatmışdır.

İqtisadi nikbinliyin il ərzində artdığı yeganə ölkə Çin olub. Ən kəskin azalma Kolumbiyada qeydə alınıb – 22 bal. Ən azıYaponiyada yaxın beş ildə ailələrinin vəziyyətinin yaxşılaşacağına inanırlar (doqquz faiz).

Tədqiqat həmçinin göstərib ki, insanlar biznesdə hökumətlərə getdikcə daha çox etibar etməyə başlayıblar. Bu, xüsusilə aztəminatlı ailələrə aiddir. Bundan əvvəl iqtisadçılar 2023-cü ildə dünya üçün əsas təhlükə kimi yaşayış minimumunun bahalaşmasını göstərmişdilər