“iPhone”-da təhlükəsizlik boşluğu: insanlara xəbərdarlıq edildi

0
25

“Apple” şirkəti “iPhone” istifadəçilərinə son dərəcə əhəmiyyətli xəbərdarlıq edib.

Rəsmilər “iOS 18.1” yeniləməsində “WebKit” və “JavaScriptCore”-da iki mühüm boşluq aşkar ediblər.

Şirkət tərəfindən edilən araşdırmalara görə, bu boşluq sayəsində hakerlər “iPhone”-lara daxil ola və şəxsi məlumatlarınızı əldə edə bilərlər.

Sözügedən problemi həll etmək üçün “Apple” dərhal yeniləmə hazırlayıb və “iOS 18.1.1” yeniləməsini istifadəçilərə təqdim edib. Şirkət istifadəçilərə həmin yeniləməni yükləməyi məsləhət görüb.