İntiharlar xalqın fəryadına tuş gəlir

0
323

Son vaxtlar acı dolu xəbərlər yaxşıları ötüb keçmiş. Bunlar acı deyil, fəryad qopartısıdır.
Həyatdan köçənlər üçün müharibə zonası çətin idi, yoxsa yaşadıqları həyatmı?
Diqqətsizlik, qayğısızlıq, etinasızlıq, mənəvi zərbələr düşmən zərbəsindən ağır imiş?
Xalqımızın fədakar insanları və dövlətimiz tərəfindən göstərilən yardımlar, mənəvi diqqət və ehtiramlar yetərli deyilmi?
Qazilərə, ölkəmizin yardıma ehtiyacı olanlarına haqsızlıq xalqımızın adına, şan-şöhrətinə ləkə yaxmaqla yanaşı, vicdanlı vətəndaşların fəryadına səbəb olur. Bu fəryadın səbəbkarlarına qarşı nə edə bilərik? Dövlət tərəfindən onlar lazımi cəzalarını alırlar.
Vicdanlı vətəndaşların da fəryadı yazılı, canlı, şiddətli bağırtıları bu mübarizə də nə kimi rol oynayır?
Bunu demək çətindir. Qanunları nəzərə almasaq, bu kimi insanların cəzası ölümdür. Qanunlar isə bizi səbirli olmağa yönəldir. Allah hər birimizin səbrini əksik etməsin.
Ancaq səbrlə kifayətlənməyək. Hər birimiz imkanlarımıza uyğun olaraq mənəvi təbliğatın yollarını arayaq. Uşaqdan böyüyə qədər hər kəsin qəlbində vətən sevgisi, xalq sevgisini alovlandıraq.
Həyatı ləzzətin maddiyyətdə deyil, bir-birimizə olan xoş münasibətimizdə olduğunu anladaq. Həyat imtahanında xeyirxahlığın rəmzini bir ömür boyu yaşada bilək.
Sənubər