“İnterpol”un axtardığı Azərbaycan vətəndaşı Türkiyədə saxlanıldı

0
131

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında məlumat yaydığı məlumata əsasən, Azərbaycanın İnterpol xətti ilə qırmızı bülletenlə beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıb.

Nazir ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Mərakeş, Fələstin, Hindistan, İsrail, İran, Qətər, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya tərəfindən qırmızı bülletenlə axtarışa verilən 56 nəfər Türkiyənin 11 bölgəsində keçirilən “QƏFƏS-28” əməliyyatı çərçivəsində saxlanıldığını qeyd edib.

Qeyd olunub ki, onlar çirkli pulların yuyulması, immiqrant qaçaqmalçılığı, narkotik ticarəti, rüşvət, insan alveri, oğurluq, dələduzluq və s. cinayət əməllərinə görə axtarışa verilib.