“Hörmətli cənab Prezident!
Mən, 1995-ci il martın 17-ində dövlət çevirilişi zamanı şəhid olan Milli Qəhraman Eldar Xəlilovun anasıyam. Cənab Ali Baş Komandan. Son günlər cəbhədən gələn şad xəbərlər, Sizin televiziya vasitəsilə xalqa müraciətiniz hər bir azərbaycanlı kimi məni də çox sevindirir. Bir Milli Qəhrəman şəhid anası kimi sizin tutduğunuz mövqeyi və Qələbə əzminizi dəstəkləyir və alqışlayıram.Hal hazırda əmisi Eldarın adını daşıyan nəvəm Eldar böyük ruh yüksəkliyi ilə hərbi qulluqda vətənə olan borcunu həyata kecirir. Mənim ən böyük arzumdur ki, Qarabağ işğaldan tamamilə azad olunsun və igid oğullarımızın qanı tökülən torpaqlarımıza gedərək diz çöküb şəhidlərin ruhuna rəhmət diləyim ki, onların da ruhu şad olsun.Biz Sizə inanırdıq, dəfələrlə də demişdiniz ki, şəhidlərimizin qanı yerdə qalmayacaq.Sizin verdiyiniz əmrlə Eldarın simasında bütün şəhid olmuş oğullarımızın qanı yerdə qalmadı.Mən öz oğlumla fəxr edirəm. Vətən sağ olsun! Bir ana kimi həm sevinirəm, həm də kədərlənirəm. Sevinirəm ona görə ki, Qarabağdakı torpaqlarımız geri alınır. Kədərlənirəm ona görə ki, bu günü görmədi, amma əminəm ki, oğlum Eldarın ruhu şaddır. Mən şəhid anası kimi fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var. Allah bütün şəhidlərimizə rəhmət eləsin, cəbhədə olan bütün əsgərlərimizə isə güc-qüvvət versin! Dualarımız sizinlədir.Sizə və Birinci vitse-prezidentimiz Mehriban xanıma cansağlığı, uzun ömür diləyirəm.Mən Sizdən ” biz işğal olunmuş torpaqları tamamilə azad etdik Qələbə bizimdir!” deyə xalqımıza səslənməyiniz xəbərini tezliklə gözləyirəm.Allah Sizi və müzəffər ordumuzu qorusun, sizin kölgənizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin! AMİN.
Hörmətlə. İctimai Nəzarət Koalisiyası Şəhid və Milli Qəhraman ailələri komitəsinin sədr muavini Tərlan Xəlilova.
***
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!
Bütün dünya Azərbaycanlıları Sizinlə fəxr edir və qürur duyuruq. İşğal altında olan Azərbaycan torpaqları Sizin siyasətiniz nəticəsində azad olunur. Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusunun Füzulini, Cəbrayılı, Zəngilanlı, Qubadlını və digər torpaqlarımızı erməni tapdağından azad etməsi bizə qürur verir. Bu qələbəli günləri bizə bəxş etdiyiniz üçün Sizin qarşınızda baş əyir və təşəkkürümü bildirirəm. Sizin məqsədyönlü siyasətiniz nəticəsində ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində apardığınız uğurlu mübarizədə Sizi ürəkdən dəstəkləyirik. Hörmətli Ali Baş Komandan, bildirmək istəyirəm ki, 40 milyonluq Cənubi Azərbaycanlı soydaşlarınız Sizin arxanızdadır. Sevinciniz bizim sevincimiz, kədəriniz bizim kədərimizdir. Bu səbəbdən də daima arxanızda 40 milyonluq güclü ordunun olmasına əmin ola bilərsiniz. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!
Hörmətlə, Azərbaycan Respublikasının İctimai – Nəzarət Koalisiyasının üzvü – Möhtati Neməti
***
Hörmətli Ali Baş Komandan, Cənab İlham Əliyev!
Bu gün çıxdığınız zəfər yolunda Sizə uğurlar arzulayır, tezliklə qələbə sorağını gözləyirik. Bizim millət öz liderini cox sevir, onu öz idealının qoruyucusu hesab edir. Azərbaycan xalqı yalnız iki amilə guvənir: Biri millətin rəyi, digəri ən faciəli, ən ağır şərtlər daxilində dünyanın haqlı olaraq təqdirinə layiq olmuş ordumuzun qəhrəmanlığı. Biz Sizə inanır, Sizə güvənirik. Sizə zəfər, müvəffəqiyyət arzulayırıq. Bu gün biz fəxrlə deyə bilərik ki, bizim sizin kimi Ali Baş Komandanımız var. Hər zəfərin mayası Sizdədir, hər zəfərin ən böyuk payı Sizdədir. Qorxu bilməyən qəlbiniz, inamınız, düşməni hər sahədə məğlub edən böyuk cəsarətiniz üçün Sizə borclu olduğumu və təşəkkürümü bildirməyi özümə yüksək şərəf bilirəm. Bizim millət 30 ildən artıqdır ki, bu torpaqlarda yaşamaq haqqına malikdir. Bu gün Siz bir tarix yazir və bunu sübut edirsiz. Tarix boyu zəfərlərimiz çox olmuşdur, amma bu zəfər tarixə qızıl hərflərlə yazılacaqdır.
Hörmətlə: İctimai Nəzarət Koalisiyasının Qəbələ rayon şöbəsinin sədri Alməmmədova Təranə
***
Hörmətli Cənab Prezident, Ali Baş Komandan!
Sizin yürütdüyünüz siyasət nəticəsində bütün dünyaya sizin güclü lider olduğunuz bir daha sübut edildi. 30 il həsrətində qaldığımız Dağlıq Qarabağ torpaqlarından erməni terroristlərini, siz deyən kimi, “İti qovan kimi” qovursunuz. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Sizin kimi Ali Baş Komandanla qürur duyuram! Allah sizi və əsgərlərimizi qorusun!
Hörmətlə : Mübariz Hüseynov, İctimai Nəzarət Koalisiyasının Nəqliyyat Departamentinin əməkdaşı
***
Möhtərəm Prezident, Cənab Ali Baş Komandan!
Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal olunmuş ərazilərinin erməni silahlı birləşmələrindən təmizlənməsi uğrunda sentyabrın 27-dən başlayan Vətən müharibəsini çox diqqət və həyəcanla izləyirik. Uzun illərdən bəri daim atəşkəsi pozan və sülh danışıqlarına əməl etməyən düşmənlə başqa dildə danışmağın mümkün olmadığının iyul ayında Tovuz rayonuna namərdcəsinə edilən hücumdan sonra bir daha əyani şahidi olduq.
Hər birimizin qəlbi bu gün Azərbaycanla, Azərbaycan əsgəri ilə birgə döyünür. Biz, milliliyimiz və milli dövlətimiz üçün Sizin hər bir çağırışınıza hazırıq. 30 illik həsrətin bitəcəyinə inanırıq. Xalqımızın hər bir nümayəndəsi o cümlədən, Departamentimizin hər bir əməkdaşı Sizinlə həmrəydirlər, hər zaman ana Vətənimizə dəstək verməyə, Sizinlə bir səngərdə olmağa hazırdırlar. İnşallah, tezliklə Azərbaycan xalqı Qarabağda qələbə çalacaq, sülh və ədalət bərqərar olacaqdır.
Möhtərəm cənab Prezident, Sizin daim təmkinlə söylədiyiniz “Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var” ifadəsi bu gün hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrilib. Vətən müharibəsinin getdiyi bu dönəmdə bir daha əmin olduq ki, belə bir güclü ordu Sizin kimi qətiyyətli Müzəffər Ali Baş Komandanın dəqiqliklə yürütdüyü hərbi quruculuq siyasəti sayəsində ərsəyə gəlib.
İnanırıq ki, Sizin qətiyyətli siyasətiniz uğurla nəticələnəcək, tezliklə torpaqlarımız azad ediləcək. Bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bizim qürurumuz və müqəddəs borcumuzdur.
Dualarımız Sizinlədir, müzəffər Ordumuzladır. Qarabağda dalğalanacaq Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyirik! Allah yaralılarımıza tezliklə şəfa versin.
Şanlı Azərbaycan Ordusuna eşq olsun! Allah Sizi daim müzəffər eləsin!Məktubumu sizin bütün dünyaya xəncər kimi saplanan və bütün xalqın ürəyindən xəbər verən o məşhur ifadənizlə bitirmək istəyirəm.
“Qarabağ Azərbaycandır və nida işarəsi”!
Hörmətlə,
İctimai Nəzarət Koalisiyasının Mərkəzi Qərargahının Daxili Nəzarət və Təhlükəsizlik Departamentinin əməkdaşı Səxavət İlham oğlu Ramazanov