İNK-nın Sumqayıt təşkilatında yubileyə hazırlıq işləri -FOTO

0
532

İctimai Nəzarət Koalisiyasının Sumqayıt şəhər Nümayəndəliyinin fəalları və təşkilatın yeni rəhbərinin görüşü keçirilmişdir.

İNK-nın Sumqayıt şəhər Nümayəndəliyinin İdarə Heyətinin üzvləri ilə təşkilatın yeni seçilmiş sədrinin yaxından tanışlığı, gündəlikdə irəli sürülən məsələlər və İdarə Heyətinin fəaliyyət aspektləri ilə bağlı müzakirələrin həllinə həsr olunmuş yığıncaqda nümayəndəliyin yeni sədri İlqar Quliyev geniş məruzə ilə çıxış etmişdir.
Gündəlikdə olan əsas məsələlər İNK-nın oktyabr ayında keçiriləcək 5 illik yubileyinə hazırlıq işləri, Sumqayıt şəhərində yeniyetmələrdən ibarət könüllü dəstələrin yaradılması, eyni zamanda koronavirus epidemiyası ilə əlaqəli məlumatların toplanması, təbliğat-təşviqat kompaniyaların aparılması istiqamətində görüləcək işlərlə əlaqədar olmuşdur.
İNK Sumqayıt şəhər təşkilatının sədri İlqar Quliyev görüləcək işlərin mütəmadi məlumatlarının verilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir

“ictimaixeber.az”.