İNK – DAMM İB və SİM İB rəhbəri Rasim Məmmədovun Cənub bölgəsinə işgüzar səfəri başlayıb

0
51

Yenidən aktif fəaliyyətinə başlayan İctimai Nəzarət Koalisiyası bölgələrdən gələn çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq ilin sonun a qədər ölkəmizin iqtisadi rayonlar üzrə planlı səfərlərinə start verib.
İctimai Nəzarət Koalisiyasının sədri, SİMİB rəhbəri, DAMMİB prezidenti, ictimai xadim Rasim Məmmədovun rəhbərliyi altında formalaşdırılmız mobil monitorinq qrupu respublikamızın dilbər güşəsi sayılan Cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonunun ictimaiyyəti, o cümlədən buradakı İNK fəalları ilə görüşü, şəhidlər ailələrini ziyarət etməklə başlayıb. Vətəndaşlar İNK sədri, tanınmış ictimai xadim Rasim Məmmədov və monitorinq qrupunun – nümayəndə heyətinin üzvlərinin bu gəlişindəki görüşlər də, həmişə olduğu kimi, çox məhsuldar, səmərəli keçib.
İNK Astara rayon şöbəsinin rəhbərliyi və fəallarının iştirakı ilə Qarabağ Vətən Müharibəsi şəhid olmuşların xatirəsi yad edilən zaman İNK ailəsi adından çıxış edən Rasim Məmmədov şəhid anaları və şəhid ailələrinin uzvlərinin kədərlərini şərik olub, onlara dövlət qayğısı barədə danışıb, qarşılaşdıqları problemlərlə maraqlanıb.
İNK sədri fərqli formatlarda keçirtdiyi bu görüşlərdə Rasim Məmmədov rayon ictimaiyyətinin müxtəlif nümayəndələri, ictimai fəalları, şəhid ailələrinin üzvləri ilə söhbətləşib, onların istək və arzuları dinlənilib.
Bəzi şəxslərə İNK-nin üzvlük vəsiqəsi təqdim edilib.
İNK-nin rəhbəri, Sabitlik və İnkişaf Mərkəzinin sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB prezidenti, ictimai xadim Rasim Məmmədov, sıralarında müxtəlif təsisatları birləşdirən İctimai Nəzarət Koalisiyasında son vaxtlar aparılan islahatlar haqqında məlumat verib, Prezident İlham Əliyevin ictimai nəzarət fəlsəfəsi, onun həyata keçirilmə mexanizmləri, bu istiqamətdə ictimai fəalların, o cümlədən, qazilərin, şəhid ailələri üzvlərinin rolu haqqında məlumatlar çatdırılıb.

***

Astara rayonundakı müxtəlif formatlı açıq və qapalı görüşlər zamanı bildirilib ki, son vaxtlar İctimai Nəzarət Koalisiyasına, eləcə də DAMMİB və SİMİB-yə ölkəmizin bölgələrindən üzvlüklə bağlı çoxsaylı müraciət daxil olur. Bu muraciətləri nəzərə alan İNK rəhbərliyi qəbulla bağlı təşkilatdaxili qəbul edilmis ciddi reqlamentə uygun olaraq, qərarlar qəbul edir.
İctimai Nəzarət Koalisiyasının Şəhid Anaları, Şəhid və Milli Qəhrəman Ailələri Komitəsi öz fəaliyyətini genişləndirməkdədir. Daha sonra təşkilatdaxili aparılan yenidənqurma və fəaliyyət islahatlar haqqında məlumatları catdırılaraq vurğulanıb ki, son illərin ictimai-sosial, geosiyasi və qlobal iqtisadi-ekoloji duruma uyğun olaraq, dövlətimizin çağırışlarından irəli gələn dövrümüzün məntiqli sifarişlərini reallaşdırmaq üçün İNK özünün yeni fəaliyyət proqramını qəbul edib, sistematik olaraq onu həyata keçirməyə başlayıb.
Sədr, öz növbəsində, uzun hazırlıqdan sonra bu yaxınlarda qurduqları yeni qurum – İNK Audit və Akkreditasiya Mərkəzi haqqında məlumat verib. Vurğulanıb ki, Mərkəz ölkəmizdə, eləcə də aktiv fəaliyyət göstərən QHT-lərdə və İNK-da gedən islahatların monitorinqini apararaq geniş ictimaiyyətə, eyni zamanda İNK ailəsinin üzvlərinə təqdim edir.
İNK-nin bölgə üzvləri prinsipial ictimai aktivistlər, tanınmış QHT lideri Rasim Məmmədovun rəhbərliyi altında 8 ildən çox müddət ərzində genişprofilli fəaliyyətləri ilə ölkədə tanınan və nüfuz qazanan, böyük ictimai-sosial, mədəni platforma kimi qəbul edilən İNK – SİMİB və DAMMİB-nin fəaliyyətini ardıcıl izlədiklərini, aparılan yüksəksəviyyəli işləri dəyərləndirdiklərini bildiriblər.
İNK sədri Rasim Məmmədov görüşlərə qatıldıqlarına və fəal iştirak etdiklərinə görə üzvlərə minnətdarlığını çatdırıb, İctimai Nəzarət Koalisiyası Ailəsinin nümunəvi üzvlərinə sayğısını bildirib.

***

İctimai Nəzarət Koalisiyasının sədri, SİMİB rəhbəri, DAMMİB prezidenti, ictimai xadim Rasim Məmmədovun rəhbərliyi altında mobil monitorinq qrupu respublikamızın Cənub bölgəsinə səfəri davam edir.


İNK – DAMMİB və SİMİB Mətbuat Xidməti