INK-da yeni təyinatlar

0
956

İctimai Nəzarət Koalisiyasında Ağsu rayonu və Bakının Xətai rayonu üzrə yeni rəhbərlik təyin edilmişdir.
İNK-nın idarə heyətinin qərarı ilə Mahir Səfərov   koalisiyanın  Ağsu rayon təşkilatının sədri seçilmişdir.
DİA Holdinq tikinti şirkətində idarə işləri müdiri vəzifəsində çalışmış Mahir Səfərovun Ağsu rayonu ilə doğma tellərində onun əmisinin,əmisi oğlunun uzun illər Ağsu rayonunun birinci katibi, icra hakimi olmaları xüsusi yer tutur.
İctimai Nəzarət Koalisiyasının Bakı şəhərinin Xətai rayonu üzrə nümayəndəliyinin rəhbəri isə Elxan Cəlilovdur.


Azərbaycan Texniki Universitetini bitirdikdən sonra 1991-1992-ci illərdə könüllü olaraq Qarabağda erməni təcavüzkarları ilə müharibədə iştirak etmiş Elxan Cəlilov hazırda mebel istehsalı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
Hər iki İNK nümayəndəliyi rəhbərinə İctimai Nəzarət fəaliyyətində uğurlar arzu edirik.
“ictimaixeber.az”