İctimai Nəzarət Koalisiyasında islahatlar davam edir. İNK-ya yeni kadrların təyinatı da ictimai nəzarətin gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət daşıyır. Bu gün İNK-nın Masalli (Lənkəran, Astara) Regional Nümayəndəliyinə yeni sədr müavini təyin olunmuşdur. İNK İdarə Heyətinin sədri Rasim Məmmədovun qərarı ilə Rəcəb Alışov bu regionda ictimai nəzarətin düzgün həyata keçirilməsində mühüm vəzifəni həyata keçirməlidir. Onu da qeyd edək ki, uzun illər dövlət qulluğunda çalışmış Rəcəb Alışov hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur.