İctimai Nəzarət Koalisiyasının Bakı şəhəri Nərimanov rayon nümayəndəliyinə yeni sədr təyin olunmuşdur.
İNK-nın Nərimanov rayon nümayəndəliyinin yeni sədri Fərid Hacıyev 1982-ci ildə Qazax rayonunda anadan olmuşdur.
Azərbaycan Dövlət Aqrar Sənaye Universitetinin məzunu olmuş Fərid Hacıyev 2006-cı ildən SOCAR-da müxtəlif vəzifələrdə çalışmışdır.
Hal-hazırda 28 may NQÇİ-də mühəndis vəzifəsində çalışır. Ailəlidir. İki övladı var.
F.Hacıyevə İctimai Nəzarət Koalisiyasındakı gələcək fəaliyyətində uğurlar arzulayırıq.
“ictimaixeber.az”