İNK avtobus dayanaclarındakı problemlərin həllinə çalışır

0
551

Karantin şəraiti yumşaldıqca, Bakı şəhəri və ətraf qəsəbələrdə nəqliyyat vasitələrinin gediş-gəlişi artmaqdadır.

İNK-ya daxil olan çoxsaylı şikayətlər avtobus dayanacaqlarının taksi və minik maşınları tərəfindən zəbt olunması, yaxud minik avtomaşınlarının ll xətdə saxlaması ilə əlaqədardır.
İNK-nın Nəqliyyat Sahələrinə Nəzarət Departamentinin nəzarətçiləri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar Ticarət Mərkəzinin ətrafındakı dayanacaqlarda taksi maşınlarının saxlamasını, minik avtomaşınlarının II xətdən dayanacaq kimi istifadə etməsi müşahidə edilmişdir. Bu səbəbdən avtobusların ll xətt zolağında məcburi qaydada saxlanması təhlükəsizlik qaydalarının pozulması ilə yanaşı, maşınların və əhalinin hərəkətində də problemlər yaradır.
İNK NSND əməkdaşları tərəfindən çəkilmiş bu vəziyyəti əks etdirən şəkilləri sizə təqdim edirik.
İnanırıq ki, BNA-nın mütəxəssisləri avtobus dayanacaqlarından taksi maşınlarının dayanacaq kimi istifadə etməsinə və II xətt zolağını zəbt etmiş minik avtomobillərinin dayanmasına imkan verməyəcək.
Mövzunu İctimai Nəzarət olaraq diqqətimizdə saxlayacağıq.

Bayram Şərifov

İctimai Nəzarət Koalisiyasının Nəqliyyat Sahələrinə Nəzarət Departamentinin sədri