İNK ailəsi qara 20 noyabr vertalyot faciəsini I Fəxri Xiyabanda andı: ictimai ziyarət

0
29

İctimai ziyarət: I Fəxri Xiyabanda möhtəşəm anım mərasimindən hazırlanmış, İNK TV – “İctimaiyyətin səsi” proqramının xüsusi buraxılışı

20 noyabr 2018-ci il tarixində sıralarında 99 təşkilatı birləşdirən İctimai Nəzarət Koalisiyası, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi erməni işğalçıları tərəfindən 20 noyabr 1991-ci il tarixində Ağdam səmasında beynəlxalq terror edərək içərisində ölkəmizin dəyərli şəxsiyyətləri və dövlət xadimləri olan vertalyotun partladılmasının ildönümü münasibətilə terror qurbanlarını anmaq üçünnövbəti ictimai tədbirini keçirdi.

20 noyabr 2018-ci il tarixində İNK və geniş ictimaiyyət I Fəxri Xiyabanda keçmiş dövlət katibi Tofiq İsmayılov başda olmaqla beynəlxalq terror qurbanlarının məzarlarını ziyarət etdilər…

İNK İH sədri, DAMMİB I vitse-prezidenti, SİMİB rəhbəri Rasim Məmmədov, DAMMİB fəxri vitse-prezidenti, İNK sədr müavinləri – Asif Mərzili, İradə Həsənova, Qadınlar Şuralarının sədrləri – Şəhid Ailələri və Anaları Komitəsinin sədri, xalq artisti Flora Kərimova, DAMMİB Himayədarlar Şurasının sədri, SİMİB sədrinin müavini Ülviyyə Murtuzova və başqaları iştirak edirdilər.

Anım mərasimində Vətənpərvərlik şüarları səsləndirildi, Dünya ictimaiyyətinə ermənilərin beynəlxalq terror faktlarını, eləcə də Azərbaycan Respublikasının 20 faiz torpaqlarını işğal etməsini pisləyən Müraciəti edildi.

Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin ictimai nəzarətin vacibliyini irəli sürəndən sonra 1 oktyabr 2015-ci ildə təsis edilmiş İctimai Nəzarət Koalisiyası cəmiyyətdə müsbət meyillərin inkişafında, vətəndaş maraqlarının təmin edilməsində önəmli rol oynamağa çalışır. Nəzərinizə catdırmaq istəyirik ki, İctimai Nəzarət Koalisiyası respublikada fəaliyyət göstərən 98-dən çox QHT, ictimai birlikləri, saytı özündə birləşdirərək cəmiyyətin sivil quruculuq prosesində ictimaiyyətin bütün təbəqələrinin iştirakına yardımçı olmaqla, ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanın demokratik dəyərlərini təbliğ edir.

99-dan çox QHT, KİV, İnternet portal, telekanal və saytı birləşdirən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin həmtəsisçisi olduğu, İctimai Nəzarət Koalisiyası, “Sabitlik və İnkişaf Mərkəzi” İB adından Sizə xüsusi minnətdarlığımızı bildirir, dövlətçiliyimiz naminə hər zaman cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işləməyə hazır olduğumuzu bildiririk.

İctimai Nəzarət Koalisiyası haqqında

İctimai Nəzarət Koalisiyası – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu), onların yaradıcı kollektivləri durmadan işləyir, çalışır, yeni intellektual-kreativ məhsullarını tarixin yaddaşı üçün hazırlayırlar: əsas hədəfimiz milli-mənəvi dəyərləri yaşatmaq, mədəni sərvətlərimizi zənginləşdirmək, gənc istedadları üzə çıxarmaq, yaradıcı gənclərin bacarıqlarını inkişaf etdirməklə onların peşəkarlaşmasına stimul verməkdir.