İnfeksionist xəbərdarlıq edir – Əlamətləri zəif olsa da, təhlükəliliyi daha çoxdur VİDEO

0
379

Koronavirusun Omikron ştamı sürətlə yayılmaqda davam edir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin infeksionisti Könül İsmayılova deyir ki,  virusun bu növünün klinik əlamətləri delta ştamına nəzərən zəif olsa da, vətəndaşlar daha diqqətli olmalıdır. Yəni Omikron ştamı heç də COVID-19-un digər növlərindən təhlükəsiz deyil. 

İnfeksionistin sözlərinə görə, bəzi insanlar virusun bu ştammını yüngül keçirdiklərindən, təhlükəsinin də az olduğunu düşünürlər. Ancaq hazırda dünyada infeksiyanın ən çox yayılan növü məhz Omikron ştammıdır. 

Könül İsmayılova bildirir ki, vaksinasiya, xüsusilə də buster dozanın qəbulu Omikron ştamı ilə mübarizədə ən yaxşı metoddur.