İnamsız yaşamayaq

0
56

Günlər keçəcək, illər ötəcək, əsrlər bitəcək, insanların həyat arzuları tükənməyəcək.
Həyat arzuları nədir?
Bol ruzi-bərəkət, sevgi, məhəbbət, gözəllik, sağlamlıq, dünyəvi sakitlik, dostluq içində yaşamaq, təbii fəlakətlərin olmaması, insanların gözü tox olması, riyakarlıqların olmaması və dini imtahana son verilməsi…Niyə bunlar olmur?
Bunun cavabları müxtəlifdir. Mənim fikrimcə, pislikləri yayan şeytanların, qara qüvvələrin həyatımızdan çıxarılmasının mümkün olmamasıdır, ya da dünyəvi imtahanın sona çatmayacağıdır.
Nədən?
Bəli, bunu bilmək hamıya sualdır.
Dünya yaranandan davam edən bu mübarizə bəlkə də ilahi dünya üçün bir insan ömrüdür.
İnsan yaranandan dünya haqqında suallar içində qalır. İndiyə qədər öyrənilən biliklər bu suallara son vermir.
Yaranış, yaşayış və ölümün idarə olunmasına inam da hamıya aid deyil.
Bizim malik oluğumuz bacarıqların bizə verilməsi də sual altındadır.
Dünyanı fərh edən bacarıq hər kəsə verilmir, dünyanı idarə edənlərə də. Və bu bacarıq sahiblərinin də ömrü çox qısa olur.
Biliklərimizin də dövrə vurduğu bir dünyada yaşayırıq. Bacarıqlarımız dünyada rahat yaşamağı təmin edir, kainatı fəth etməyə deyil. Səbəbi sual altında qalan hər nə varsa bizim yaşantımızın dəhşətli təlatümə çevrilməməsi üçün olduğunu düşünmüsünüzmü?
Mən düşündüm… Və həyatın gözəlliklərinə dirsəklənib yaşayıram. Hamıya da bunu arzulayıram. Həyati biliklərimizə uyğun bir yaşam ömrün dayağıdır. Bir ömür buna davam gətirəcək qədər sürür.
Hər bir ömür ona ehtiyacı olanların istəyinə tuş gəlmir.
Hələ umacaqlarımız bitməyən bir ömrün sonu qəlblərə bıçaq kimi sancılsa da Allah hamını qoruyur.
Bəli, Allahın varlığına inanmadan, yetirdiklərinə şükür, saplandıqlarımıza səbr etmədən yaşamaq şeytana uymaqdır.

Sənubər Səhər