İlk dəfə piramidanın əlçatmaz otağına girdilər – Minillik sirr üzə çıxdı

0
12
People ride horses as at the backround is seen the Khafre Pyramid, left and the Khufu Piramid right at the historical site of Giza near Cairo, Egypt, on Wednesday, March 1, 2006. The Pyramids are Egypts main tourist attraction and hundreds of thousands of people visit them every year. (AP Photo/Petros Giannakouris)

Əvvəllər kosmik şüalanmaya əsaslanan görüntüləmə üsulundan istifadə edən elm adamları Misirin paytaxtı Qahirədə Böyük Giza piramidasının içərisində kiçik bir otaq aşkarlayıb.

Tarixçilər və arxeoloqlar bu günədək piramidanın insanlar üçün əlçatmaz hissələrinə çata bilməyiblər.

Piramidanın bəzi hissələri o qədər kiçikdir ki, bir insanın içəri girməsi mümkün deyil. Ancaq texnologiyanın inkişafı sayəsində 40 dərəcə bucaq altında uzanan və cəmi 20×20 sm ölçüdə 60 m uzunluğunda dar bir quyuya çatmaq mümkün olub. Heç kimin girə bilmədiyi bu otağa əvvəllər rast gəlinməyib.

2011-ci ildə Lids Universitetindən bir qrup tədqiqatçısı piramidanın sirli otağının təsvirini çəkmək üçün robot hazırlamağa başlamışdı. Britaniya və Fransadan olan komandalar “Djedi” adlanan bu layihə üzərində birlikdə çalışıblar. Beş il davam edən çətin prosesdən sonra robotun dizaynı tamamlanıb və cəmi 5 kq ağırlığında çox yüngül cihaz hazırlanıb.

Robot 50 metr hərəkət edərək, əvvəllər heç vaxt əlçatan olmayan bölmənin təsvirini çəkə bilib.

Professor Rob Riçardson tədqiqatla bağlı deyib: “Son olduğunu düşündüyümüz yerdən bir neçə metr qabaqda daş qoyulub və giriş kəsilib”.

Həmin daşın yanından keçən robot mürəkkəb simvolların çəkildiyi kiçik bir otaq aşkarlayıb. Bu kəşf həmin hissənin havalandırmadan daha böyük məqsədə xidmət etdiyini üzə çıxarıb. Əsl məqsədi hazırda məlum olmasa da, texnologiyanın inkişafı ilə daha çox sirlərin üzə çıxacağı gözlənilir.