“Time” jurnalı 2024-cü il üçün “İlin adamı” adına namizədlərin qısa siyahısını açıqlayıb.
ABŞ-da prezident seçkilərində qalib gələn Donald Tramp, onun müttəfiqi – iş adamı İlon Mask, biznesmen Mark Zukerberq və ABŞ-nın vitse-prezidenti Kamala Harris namizədlər sırasındadır.
Həmçinin Böyük Britaniya şahzadəsinin həyat yoldaşı Keyt Middlton, ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauell, məşhur amerikalı komik Co Roqan və vəfat etmiş rusiyalı biznesmen Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalna da “İlin adamı” seçilə bilər.
Qeyd edək ki, bu ada kimin layiq olduğu dekabrın 12-də açıqlanacaq.