İlham Əliyev üç ölkəyə səfir təyin etdi – SƏRƏNCAM

0
458

Prezident İlham Əliyev Zaur Rəşid oğlu Əhmədovun Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Dövlət başçısının digər sərəncamı ilə, Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

Bundan başqa, prezidentin daha bir sərəncamı ilə, Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.