“İlham Əliyev siyasətində ictimai nəzarət fəlsəfəsi” kitabının təqdimatı oldu

0
642

Bu gün – 24 dekabr ölkə başçısı Ali Baş Komandan İlham Əliyev cənablarının ad günüdür. Bu münasibətlə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti Çingiz Abdullayev, I vitse-prezidenti Rasim Məmmədov, əməkdar jurnalist, prezidentin fəxri təqaüdçüsü Flora Xəlilzadə, Milli Məclisin deputatı, hüquq elmləri doktoru, professor Tahir Kərimli, xalq artisti Eldost Bayram,Yazıçılar İttifaqının üzvü, əməkdar incəsənət xadimi, əməkdar mədəniyyət işçisi, yazıçı dramaturq Vaqif Əlixanlının və İNK-nıň, DAMM-nin 100 dən artıq təmsilçilik və nümayəndəlik rəhbərlərinin iştirakı ilə zoom proqramında kitab təqdimatı oldu.

Bu İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədovun qələmə aldığı “İlham Əliyev siyasətində ictimai nəzarət fəlsəfəsi” kitabıdır. Böyük tarixi əhəmiyyəti, günümüzün tələblərinin, vacib aspektlərinin real, obyektiv izahını əhatə edən kitabda Ölkə başçısının 5 il bundan öncə İctimai Nəzarətin vacibliyini vurğulayandan sonra yaradılmış İctimai Nəzarət Koalisiyasının 5 illik fəaliyyətinin kiçik bir hissəsi işıqlandırılmışdır. Kitabın mahiyyəti “Azərbaycanda ictimai nəzarət necə olmalıdır?”,” Necə həyata keçirilməlidir?”,” Nə üçün ictimai nəzarət yaradılıb?” və digər sualların aktual izahı ilə seçilir.
Kitabın təqdimatı münasibəti ilə dünyanın bir çox ölkələrindən Rasim Məmmədova təbriklər və minnətdarlıqlar ünvanlanmaqdadır.
Tədbir Azərbaycan Televiziyasının Aztv, atv, lider TV, Mədəniyyət və bir çox digər kanallarında isiqlandırılacaqdır..

“ictimainezaret.info”