Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Ailənizə üz vermiş ağır itki – böyük qardaşınızın oğlu Əhməd Ərdoğanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”