İki minə yaxın yaponiyalı tayfuna görə aeroportda gecələdi

0
428

Yaponiyada azı 1,7 min nəfər gecəni Osaka şəhərinin hava limanında keçirməyə məcbur olub. “Krosa” tayfununa görə bir çox reys təxirə salınıb.

Hava limanının administrasiyası sərnişinlərə pulsuz su və yataq kisələri paylayıb.

Sərnişinlər hava limanının döşəməsində yatmağa məcbur olublar.

Cümə axşamı Yaponiyada ümumilikdə 250-yə yaxın reys təxirə salınıb. Tayfun nəticəsində 1 nəfər həlak olub, daha 49 nəfər xəsarət alıb.

Hazırda tayfun Hokkaydo adası istiqamətində irəliləyir. Küləyin gücü saniyədə 25 metrə çatır.