İctimai Nəzarətçilər qanvermə aksiyasında – FOTO, VİDEO

0
654

Məlum olduğu kimi, koronavirus infeksiyasının yayıldığı bir dövrdə bir çox xroniki, o cümlədən, talessemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi məqsədilə Heydər Əliyev Fondu qanvermə aksiyasının keçirilməsi təəssübünü irəli sürüb.

Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlayan bu aksiyada İctimai Nəzarət Koalisiyasının üzvləri də fəal iştirak edirlər.

İctimai Nəzarət Koalisiyasının qanköçürmə aksiyası Bakıdakı nümayəndələri tərəfindən Qan bankında, Lənkərandakı üzvləri tərəfindən isə Lənkəran şəhərinin Mərkəzi Xəstəxanasının Qan bankı şöbəsində həyata keçirilmişdir.

Bu mərhəmət aksiyasını insanların ali hisslərinin tərənnümü hesab edən İNK-nın sədri, DAMM-nın I vitse-prezidenti, SİMİB-in rəhbəri, ictimai xadim Rasim Məmmədov xalqımızın hər bir üzvünə bu həyəcan dolu dövrü çox az xəsarətlə başa vuracağımız günün yaxında olduğuna inamını itirməməyi arzulamışdır.

“ictimaixeber.az”