İctimai Nəzarət Koalisiyası – 4 – Video

0
977


Bu gün İctimai Nəzarət Koalisiyasının yaradılmasının dörd ili tamam olur.

4 ildir ki, İctimai Nəzarət Koalisiyası sıralarında toplanmış yüzlərlə Azərbaycan vətəndaşının ürəyi bir  amalla döyünür: Xalqımızın həyatında müxtəlif problemlər yaradan insanları ifşa etmək, respublika prezidentinin tapşırıqlarına, qanunlarımıza riayət etməyənlərin layiqli cəzalarının alınmasına çalışmaq, ölkə əhalisinin sosial-mədəni rifah halının və maarifləndirilməsinin inkişafı istiqamətində təbliğat xarakterli tədbirlər həyata keçirmək.

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, Sabitlik və İnkişaf  Mərkəzinin rəhbəri Rasim Məmmədovun təşəbbüsü ilə yaradılan və onun sədri olduğu İctimai Nəzarət Koalisiyası artıq respublikamızın hüdudlarından kənarda yaşayan soydaşlarımızı da öz ətrafında birləşdirməyi bacarmışdır.

Türkiyənin iki şəhərində Xocalı abidələrinin ucaldılması, Rusiyanın bir neçə şəhərində soydaşlarımızın problemləri ilə əlaqədar təşkil olunan ictimai dinləmələr, qəbul olunmuş niyyət protokolları bu fəaliyyətin bariz nümunələrindəndir.

Hər gün İctimai Nəzarət Koalisiyasına gələn onlarla Azərbaycan vətəndaşının və onların bu təşkilatın fəaliyyətindən razılıq ifadə edən fikirləri, münasibətləri və açıqlamaları sosial şəbəkələr vasitəsi ilə hər gün xalqın diqqətinə çatdırılır.

Ölkənin görkəmli şəxsiyyətlərinin ruhunun uyuduğu Fəxri Xiyabana və Şəhidlər Xiyabanımıza növbəti ictimai yürüşdə İctimai Nəzarət Koalisiyasıını yaranmasının 4 illiyinə həsr olundu. Müxtəlif elm, incəsənət, təhsil, ictimayyət xadimlərinin, sıravi vətəndaşların, tələbələrin, şəhid ailələrinin, hüquq mühafizə orqanları rəhbərləri və əməkdaşlarının, media nümayəndələrinin iştirak etdiyi ictimai yürüşdə Rasim Məmmədovun hər zamankı kimi alovlu, emosional, müfəssəl və eyni zamanda səmimi çıxışı alqışlarla qarşılanmışdır.

İctimai Nəzarət Koalisiyasının 4 illiyinə həsr olunmuş ictimai yürüşdən sonra QHT evində ictimai fəallarla görüş davam etmişdir.

“ictimaixeber.az”