İctimai Nəzarət ekologiyanın qorunmasını təbliğ edir – Video – Foto

0
453

Xəbər verildiyi kimi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının qrant müsabiqəsinin qalib Marafon Layihəsi olan “Yaşıl Patrul” Ekoloji İctimai Nəzarətin noyabrın 2-də ümumrespublika marafonu başlamışdır.

Respublikamızın mətbuat orqanlarının və ictimaiyyət nümayəndələrinin geniş müzakirə obyektinə çevrilən və xüsusi rəğbətlə qarşılanan bu marafon ilin sonuna kimi respublikanın bütün rayonlarında ictimai-təbliğat xarakterli görüşlərlə davam edəcək.

İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin I-ci vitse – prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim Rasim Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin artıq respublikamızın 12-dən çox rayonunda əhali ilə görüşləri keçirilmişdir. Rayonlarımızın rəhbər heyətlərinin nümayəndələri, əhalinin müxtəlif təbəqələrinin üzvlərinin iştirak etdiyi görüşlərdə Rasim Məmmədovun və “Alyans” Canlı Aləmin Mühafizəsi rəhbəri Mənsurə Rəsulzadənin ətraf mühitin və heyvanlar aləminin qorunması istiqamətində həyata keçirilməsi vacib olan məsələlər barədə çıxışları dinlənilmişdir.

Quruculuq, marifləndirmə və təçrübəni əsas tutan “Yaşıl patrul” Ekoloji İctimai Nəzarət Layihəsi əhali arasında müasir Dünyanın sivil təcrübəsini təbliğ etmək, yaşından və vəzifəsindən asılı olmayaraq hər bir şəxsin marağına uyğun fəaliyyət planlarını həyata keçirməkdədir.

“ictimaixeber.az”