İctimai nəqliyyatda sivil davranış mədəniyyətinin inkişafına dəstək layihəsi

0
691

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il 1-ci qrant müsabiqəsinə Rasim Məmmədovun sədri olduğu Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanaraq təqdim olunan “Nəqliyyata ictimai nəzarət”: ictimai nəqliyyatda sivil davranış mədəniyyətinin inkişafına dəstək” mövzusunda beşaylıq layihə 10 iyul 2020-ci il tarixindən etibarən həyata keçirilməyə başlanılıb. 

Layihə müasir dövrün tələb və dəyərlərinə uyğun olaraq, ictimai nəqliyyatda, eləcə də sürücülərlə piyadaları, nəqliyyat sahibkarları ilə idarəçiləri, sürücülərlə sərnişinləri, həmçinin mövcud qanunlarla vəzifələri əhatələyən mürəkkəb yol mədəniyyətində fərqli münasibətləri dəstəkləyərək geniş kütlələrin yararlandığı ictimai nəqliyyat biznes sahələrində sivil davranış qaydalarının formalaşmasını və inkişafına dəstəkləyir.  İctimai nəqliyyatda və yol infrastrukturunda ictimai nəzarəti, ümumi ictimai qınağı önə çəkərək, vətəndaş-sahibkar, sürücü-piyada, sərnişin-sürücü münasibətlərinə yeni, fərqli, kreativ-innovativ baxışlarla bağlı təşəbbüslərin reallaşdırılmasını, fərqli sahibkarlıq, ictimai ədalət, sivil nəqliyyat-yol fəlsəfəsinin sosial konsepsiya olaraq irəli sürür.Nəqliyyatda ictimai nəzarət vətəndaş fəallığını, sürücü-sərnişin münasibətlərindəki gərginliyi, eləcə də yollardakı tıxacların azalmasına, ekoloji-iqtisadi, ictimai-sosial problemlərin həllinə yardımçı ola bilər.

Son illər dünyada və Azərbaycan yol-nəqliyyat sahələrində baş verən iqtisadi yeniliklər və dəyişikliklər, İK texnologiyası, süni intellektin sürətlə inkişafı, ənənəvi fərdi nəqəliyyat vasitələrinin fərqli – innovativ-kreativ ictimai nəqliyyat növləriylə əvəzlənməsi, respulikamızda qeyri-neft sektorunun inkişafına dair ölkə Prezidenti İlham Əliyevin imzaladığı proqramlar, regionların iqtisadi cəhətdən inkişaf etdirilməsiylə əlaqədar dövlətimizin apardığı infrastruktur yenilikləri dəstəkləməklə ictimai nəqliyyatda, yol mədəniyyətimizdə, sürücü-sərnişin, piyada-sürücü münasibətərində əsaslı dəyişikliklərə ehtiyac duyulur.
KİV və sosial şəbəkələrdə son vaxtlar ictimai nəqliyyatda sürücülərlə sərnişinlər, eləcə də ictimai nəqliyyat istifadəçiləri arasında müxtəlif formalı münaqişələrlə bağlı yayılan materialların moninorinqi də göstərir ki, həm ictimai nəqliyyatda – avtobus, metro, taksi, şəhərlərarası nəqliyyat vasitələri – dəmiryolu, aviasiya, hətta velosiped və piyadalarla bağlı müxtəlif səviyyədə problemlər mövcuddur! Vətəndaşlar ictimai nəqliyyat vasitələrinə ziyanlar vurur, sürücülərin öz peşə vəzifələrini yerinə yetirməklərinə maneə olur, qeyri-qanuni tələbləri ilə başqalarının həyatını təhlükəyə atırlar. İctimai nəqliyyatda etik və davranış normalarına riayət etmək istəməyənlər özlər də bilmədən qanun qarşısında cavabdehlik daşıyır, münaqişələr zamanı insanlar xətər alır, iqtisadi və sağlamlıqla bağlı zərələr meydana çıxır, xuliqanlıq, cinayət tərkibli hadisələr zamanı isə şəhərlərdə kriminal durum mürəkkəbləşir. İctimai və fərdi nəqliyyat sürücüləri arasındakı münaqişələr, sürət artımı, qanunla tənzimlənən yerlərdə parklanma pozuntuları, sərnişinlərin avtobusları istədikləri yerdə saxlamaq tələbləri, ictimai nəqliyyatda yararlananların hansısa kobudluqları kimi problemlərin böyük əksəriyyətini maarifləndirmə, ictimai nəzarəti gücləndirmək, vətəndaş aktivliyi göstərərək sosial qınaq alətlərindən ayrarlanmaqla aradan qaldırmaq mümkündür. Sosial şəbəkə paylaşımları, İnternet resurslarında yayımlanan ictimai nəqliyyat və yol mədəniyyətindəki qüsurlar, nöqsanlar, çatışmamazlıqlar, yaradılan süni əngəllər, insanların həyatına qəsd kimi qəbul edilə biləcək hallara qarşı mübarizədə geniş kütlələrin fəal müdaxiləsi və ictimai nəzarəti yaratmaqla almaq mümkündür.

Layihənin əsas məqsədi ictimai nəqliyyatda ictimai nəzarəti, sosial qınağı tətbiq və təbliğatını aparmaqla, müxtəlif formada aksiyalar təşkil etməklə maarifləndirmə, xaricdəki uğurlu təcrübələri yaymaq, vətəndaşları bu sahədə etik davranış qaydalarını qorumağa çağırmaqdır. Bu yöndə nəqliyyat mütəxəssislərinin, ekspertlərin, ictimai xadimlərin yazdıqları məqalə və materiallardan ibarət kitab, eləcə də yeni media imkanlarından yararlanaraq sosial şəbəkə və İnternet resurslarında virtual aksiyalar, elektron kitabxanada hazırlanacaq e-nəşrlər yerləşdirməklə, ayrıca “Nəqliyyatda ictimai nəzarət” sosial şəbəkə resursunu yaratmaqla qarşıya qoyulan məsələlərin həllinə yardımçı olmaqdır. Orta məktəbdə oxuyan şagirdlər, universitet tələbələri, ictimai fəal gənclərin iştirakıyla geniş kütlələr arasında maariflənmə işləri aparılması nəzərdə tutulur. Sərnişinlər və avtobus sürücüləri, ictimai nəqliyyatdan yararlanan, işləyənlərin özlərinin də cəlb olunacaq tədbirlər zamanı nəqliyyatda ictimai nəzarətin formalaşdırılması, sosial qınaq alətlərinin bərqərar edilməsi, yeni media və İKT imkanlarından yararlanaraq qanunları pozanları tənbeh edilməsi, ictimaiyyətin qarşısına çıxarılaraq məzəmətt olunması mexanizmi işlənəcək, eləcə də etik davranış normalarının hər kəs tərəfindən qorunmasının vacibliyi təbliğ olunacaq.
Bu problemə innovativ-kreativ yanaşmanın vacibliyi ictimai nəqliyyat sahiblərinə tanıtmaq, intellektual-elmi, kulturoloji-kreativ materiallardan, virtual məhsullardan ibarət resursların yaradılması nəzərdə tutulur. Paytaxt Bakıda və  İnternet üzərindən bölgələrdə onların tanıdılması, sosial şəbəkələrdə məxsüsi olaraq PR-nın aparılması nəzərdə tutulur.  Layihə çərçivəsində ictimai nəqliyyatda etik davranış formaları, ictimai nəzarətin, sosial qınağın aktuallığını göstərən elmi-təcrübi materiallardan ibarət kitabın, rəqəmsal e-nəşrlərin, vizual-virtual məhsulların yayımı, təbliği, eləcə də bu sahələrdəki problemlərin araşdıraraq cəmiyyətin müzakirəsinə çıxarması nəzərdə tutulur.
Ölkəmizdə bu sahədə nə e-kitab, səsli – audi nəşrlər, nəqliyyat sahələrinə dair rəqəmsal məhsullar, onlayn-oflayn elektron kitabxana, virtual – İnternet resursları zəif təşkil olunduğuna görə vətəndaşlar, sürücü və piyadalar dünyada inkişaf edən bu proseslərdən kənarda qalıblar. Son 10-15 ildə xaricdə elektron kitab, səsli rəqəmsal məhsullar, e-kitabxana, İnternetüstü e-nəşr və virtual yayım kimi yeni kreativ-innovativ təşəbbüslər nəqliyyat və etik sahələri əhatə edərək fərqli normalar ortaya qoyub.

Layihə çərçivəsində aşağıdakı fəaliyyətlər icra olunacaq:

1. Fəaliyyətə cəlb olunacaq könüllülərin seçilməsi, texniki-yaradıcılıq problemlərin həlli, peşəkar mütəxəssis, müəlliflərlə əlaqələrin yaradılması. İctimai nəqliyyatla bağlı vəsaitlərinin e-nəşrə hazırlanması, rəqəmsal kitabların elektron nəşrinə başlamaq. Nəqliyyatda ictimai nəzarət, sosial qınaq, vətəndaş aktivliyi kimi sahələr üzrə elmi-populyar ədəbiyyatların, beynəlxalq təcrübələrin, yanaşmaların öyrənərək yayımı, təbliğat istiqamətində fəaliyyətlərin təşkili.
2.  Elektron kitablar hazırlamaq. İnternet resurslarında, elektron kitabxanalarda və sosial şəbəkələrdə Azərbaycanda nəqliyyatda ictimai nəzarət, sosial qınaq, vətəndaş aktivliyi kimi aktual məsələlərə həsr olunmuş materialların, təcrübələrin, sahəvi ədəbiyyatların geniş ictimaiyyətə və oxuculara  tanıtmaq məqsədi ilə Feysbukda “Nəqliyyatda ictimai nəzarət” virtual resursun yaradılması, geniş fəaliyyətinin qurulması.
3. “İctimai nəqliyyat – ictimai nəzarət” mövzusunda kütləvi toplunun nəşri və yayımı. Kitab 50 səhifədən yuxarı, 400 tirajla çap olunacaq. Bakıda və Sumqayıtda geniş ictimaiyyət, gənclər və tələbələr arasında, müxtəlif qurumlarda tanıtım tədbirlərinin təşkili, dəyirmi masa və müzakirə materiallarının vizual formada hazırlanması, İnternet resurslarında, sosial şəbəkələrdə yayımı.
4. Bu sahəyə aid e-kitabların virtual sərgisinin təşkili: sosial şəbəkələrdə, o cümlədən Feysbukda ayrıca səhifədə layihədə görülən işlərin tanıtımı və təbliği. Yeni resursun, silsilə e-kitabların hazırlanması, İnternetdə yerləşdirilməsi, sosial şəbəkələrdə innovativ formalarda yayımının genişləndirilməsi.

5. TV və radiolarda, KİV-də, mətbuatda, İnternetdə, yeni mediada innovativ-kreativ təbliğat işlərinin,  tanıtım tədbirlərinin keçirilməsi. PR aksiyalarının təşkili. Layihənin sonrakı mərhələsinin hazırlanması, monitorinqini keçirilməsi və nəticələrini qiymətləndirilməsi. KİV-də media-aksiyaların təşkili.

Layihə əsasən ictimai nəqliyyat sektorunda çalışanlar – sahibkar, inzibatçı, sürücü, sərnişinlər, yol mədəniyyətinin inkişafında maraqlı olanlar, gənclər, ictimai fəallar, sosial aktivistlər, gənclər, ictimai xadimlər, nəqliyyat ekspertləri, məktəblilər və tələbələrə ünvanlanır. Pilot layihə ictimai nəqliyyatın sıx olduğu paytaxt Bakı və Sumqayıt şəhərində reallaşdırılması nəzərdə tutulur. Eyni zamanda İnternet və sosial şəbəkələr vasitəsilə bütün respublikanı əhatələməyə çalışılacaq!

 Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin Mətbuat Xidməti