
Mağara bərpa olunaraq muzey kimi fəaliyyət göstərəcək. Muzeyin açılışında müğənni İbrahim Tatlısəs də iştirak edib. O, mağarada doğulması ilə fəxr etdiyini bildirib: “Ailəmin maddi vəziyyəti pis olduğu üçün mağarada yaşayırdıq. Mən inanıram ki, muzey Şanlıurfa şəhərində turizmin inkişafına öz töhfəsini verəcək”.