İbrahim Məmmədov: “İşə getmək icazəsi olanların digər hallar üçün SMS-ə ehtiyacları yoxdur”

0
472

“Nazirlər Kabineti tərəfindən işə getmək icazəsi olan qurum əməkdaşları mağazaya, aptekə gedən zaman icazə üçün SMS lazım deyil”.
Bunu  Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, həmin qurumun əməkdaşları fasiləsiz işləyirlər:
“İcazə almamalıdırlar. Xüsusi karantin rejimini tənzimləyən 124 nömrəli qərara görə, onlar 24 saat sərbəstdirlər. Yəni onların zəruri ehtiyacları üçün SMS-lə icazəyə ehtiyacı yoxdur”.