Hikmət Hacıyevdən Ermənistanla girovların dəyişdirilməsi məsələsinə REAKSİYA

0
428

Pandemiya dövründə beynəlxalq ictimaiyyətə müraciət etməklə, humanist prinsiplərdən çıxış edərək, əsirlərin, girovların dəyişdirilməsi həyata keçirilməlidir. Amma Ermənistan tərəfi girovların geri qaytarılmasından boyun qaçırır”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Azərbaycan “Hamının hamıya” prinsipinə sadiqdir:

“Biz “Hamının hamıya” prinsipi ilə əsir və girovların dəyişdirilməsinə çalışırıq. Təəssüflər olsun ki, Ermənistan tərəfindən bu məsələdə konstruktiv mövqe nümayiş etdirilmir.

Düşünürük ki, beynəlxalq aidiyyəti təşkilatlar, xüsusilə humanitar məsələlərlə məşğul olan strukturlar bu istiqamətdə əlavə səylər göstərəcək”.